Digər
Yollarda tıxac problemi ilə qarşılaşacağıq - Paşinyan
Ermənistanda avtomobillərin sayının artması kontekstində yeni yolların çəkilməsi, eləcə də mövcud marşrutlara alternativlərin yaradılması zəruridir.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Tezliklə biz də dövlətlərarası və respublika əhəmiyyətli yollarda tıxac problemi ilə qarşılaşacağıq.
Müəyyən günlərdə və müəyyən fəsillərdə bu yollarda artıq nəqliyyatın hərəkətində çətinliklər müşahidə olunur, buna görə də vətəndaşlar üçün alternativ hərəkət variantları təmin edilməlidir”, - o bildirib.
Mənbə
axar.az