İdman

Misli Premyer Liqası: XXIII tura "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulur

10 Mar 2026, 09:56 1 baxış
Misli Premyer Liqası: XXIII tura "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulur
Misli Premyer Liqasının XXIII turuna bu gün yekun vurulacaq. Oxu.Az xəbər verir ki, günün tək qarşılaşmasında "Sabah" öz meydanında "Qəbələ"ni qəbul edəcək. "Bank Respublika Arena"da keçiriləcək matç saat 19:15-də başlayacaq. Qeyd edək ki, "Sabah" 53 xalla turnir cədvəlinin lideridir. "Qəbələ" isə 16 xalla onuncu pillədə qərarlaşıb. Misli Premyer Liqası XXIII tur 10 mart 19:15. "Sabah" - "Qəbələ" Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev VAR: Nicat İsmayıllı AVAR: Cəmil Quliyev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Nəriman Axundov "Bank Respublika Arena".
Mənbə oxu.az

Oxşar Xəbərlər