İdman
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a məğlub oldu - VİDEO
Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib. Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib.
"Palms Sports Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1. 56-cı dəqiqədə Joarlem Santos fərqlənib. Qələbədən sonra xallarının sayını 44-ə çatdıran Tovuz klubu üçüncü pillədə qərarlaşıb. "Neftçi" 31 xalla yeddinci sıradadır. Günün ilk görüşündə "Zirə" "Kəpəz"lə bərabərə qalıb - 2:2. Qeyd edək ki, əvvəlki matçlarda "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıblar. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib. Tura martın 10-da yekun vurulacaq.

Mənbə
oxu.az