İdman

Premyer Liqa: "Kəpəz" "Zirə" səfərindən xal qazandı - VİDEO

09 Mar 2026, 20:32 1 baxış
Premyer Liqa: "Kəpəz" "Zirə" səfərindən xal qazandı - VİDEO
Misli Premyer Liqasının XXIII turunda "Kəpəz" səfərdə "Zirə" ilə bərabərə qalıb. Oxu.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
"Zirə"nin qollarını Eren Aydın (5) və Ruan Renato (90+6) vurublar. Qonaqların heyətində isə Rauf Hüseynli (32) və Dioqo Verdaska (51) fərqləniblər. Bu turdan sonra "Zirə" 39 xalla dördüncüdür. 17 xala malik "Kəpəz" isə onuncudur. Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər