Siyasət

İranın sarsıda bilməyəcəyi nüfuz: Azərbaycana dəstək davam edir - FOTO

09 Mar 2026, 15:22 1 baxış
İranın sarsıda bilməyəcəyi nüfuz: Azərbaycana dəstək davam edir - FOTO
Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, tərəflər arasında Yaxın Şərqdə artmaqda olan hərbi eskalasiya əsas müzakirə mövzusu olub. Birləşmiş Krallıq tərəfi İranın ölkəmizə qarşı dron hücumu ilə bağlı ciddi narahatlıq ifadə edib, ölkəmizin mülki infrastrukturuna və əhalinin təhlükəsizliyinə yönəlmiş təhdidin qəbuledilməz olduğunu vurğulayıb. Nazir Ceyhun Bayramov bu cür hərəkətlərin regionda gərginliyin daha da artmasına xidmət etdiyini bildirib. Azərbaycanın təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Telefon danışığı zamanı həmçinin iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Belə ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər. Almaniya naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib. Almaniya naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib. Telefon danışığı zamanı həmçinin Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, indiyə qədər 60-dan çox ölkə və təşkilat İranın Naxçıvana dron hücumu ilə bağlı Azərbaycana dəstəyini ifadə edib.
İranın sarsıda bilməyəcəyi nüfuz: Azərbaycana dəstək davam edir - FOTO İranın sarsıda bilməyəcəyi nüfuz: Azərbaycana dəstək davam edir - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər