İdman
Misli Premyer Liqası: "Zirə" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u sınağa çəkəcək
Misli Premyer Liqasının XXIII turunda bu gün daha iki oyun keçiriləcək. Oxu.Az xəbər verir ki, günün ilk qarşılaşmasında "Zirə" öz meydanında "Kəpəz"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq. Günün digər oyununda isə "Neftçi" "Turan Tovuz"la qarşılaşacaq. "Palms Sports Arena"da keçirilən qarşılaşmanın start fiti saat 20:30-da səslənəcək. Qeyd edək ki, "Turan Tovuz" 41 xalla turnir cədəlinin üçüncü pilləsində qərarlaşıb. "Zirə" 38 xalla dördüncüdür. "Neftçi" 31 xalla yeddinci, 16 xala malik "Kəpəz" isə onuncudur. Misli Premyer Liqası XXIII tur 9 mart 18:30. "Zirə" - "Kəpəz" Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov VAR: Elvin Bayramov AVAR: Cavid Cəlilov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: İlham Əliyev Zirə İdman Kompleksinin stadionu 20:30. "Neftçi" - "Turan Tovuz" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə VAR: Elçin Məsiyev AVAR: Müslüm Əliyev Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Erkin Hüseynov "Palms Sports Arena"
Mənbə
oxu.az