Maraqlı
Almaniyada meteorit parçaları yaşayış evlərinin üzərinə düşüb
Almaniyanın cənub-qərbində yerləşən Reynland-Pfalts federal əyalətində meteorit parçalarının yaşayış evlərinə ziyan vurduğu bildirilib. Oxu.Az xəbər verir ki, məlumatı DPA agentliyi yayıb. Hadisə martın 8-də axşam saatlarında baş verib. Meteorit parçalarının düşməsi nəticəsində evlərin damlarına və yaşayış binalarına zərər dəyib. Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd olunur.
Mənbə
oxu.az