Digər
ABŞ İran freqatına hücumu: 104 ölü, 20 itkin...
ABŞ sualtı qayığının İranın "IRIS Dena" freqatına hücumu nəticəsində azı 104 nəfər ölüb, daha 20 nəfər itkin düşüb.
Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın məlumatında deyilir.
Məlumata görə, gəmidə 136 heyət üzvü olub.
Qeyd edilir ki, gəmi hərbi təlimlərdən qayıdırmış.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.
Mənbə
axar.az