İdman

Azərbaycanın cüdo millisi Qran-prini dörd medalla tamamladı

08 Mar 2026, 23:30 1 baxış
Azərbaycanın cüdo millisi Qran-prini dörd medalla tamamladı
Avstriyanın Lints şəhərində keçirilən cüdo üzrə Qran-pri turniri başa çatıb. Oxu.Az xəbər verir ki, Azərbaycan beynəlxalq yarışı dörd medalla tamamlayıb. Mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata yiyələnib. +100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanıb. Xatırladaq ki, daha əvvəl Ruslan Paşayev (66 kq) qızıl, Vüsal Qələndərzadə (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) isə bürünc medala yiyələniblər. Yekunda bir qızıl, bir gümüş və iki bürünc medal əldə edən milli komandamız 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.
Mənbə oxu.az

Oxşar Xəbərlər