İdman
Premyer Liqa: "Qarabağ" "Araz-Naxçıvan"a böyük hesabla qalib gəldi - VİDEO
Misli Premyer Liqasının XXIII turunda "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşıb. Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə "köhlən atlar" 6:0 hesablı qələbə qazanıblar.
Qolları сoni Montiel (15, penalti), Leandro Andrade (33, 36), Kamilo Duran (64, penalti - 89) və Musa Qurbanlı (83) vurublar. Bu görüşdənm sonra "Qarabağ" 49 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir. Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" isə "İmişli" ilə (0:0) bərabərə qalıb.

Mənbə
oxu.az