Digər
İsrail Rus Mədəniyyət Evinə zərbə endirdi
Livanın cənubundakı Nəbatiyə şəhərinə endirilən İsrail aviazərbəsi nəticəsində Rus Mədəniyyət Evinin yerləşdiyi bina tamamilə dağılıb.
Axar.az xəbər verir ki, bu barədə qurumun direktoru Asaad Diya TASS-a telefonla açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Diya qeyd edib ki, hərbi əməliyyatlar başladıqdan sonra Nəbatiyə şəhərində vəziyyət təhlükəli olduğuna görə mərkəzin fəaliyyəti dayandırılıb və əməkdaşlar təxliyə olunub.
Mənbə
axar.az