Siyasət
Səudiyyə Ərəbistanında yaşayış binasına mərmi düşdü, ölən və yaralananlar var
Səudiyyə Ərəbistanında mərminin yaşayış binasına düşməsi nəticəsində iki nəfər həlak olub, daha 12 nəfər yaralanıb. Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, mərmi paytaxt Ər-Riyadın cənub-şərqində yerləşən Əl-Xarc vilayətində texniki xidmət və təmizlik şirkətinə məxsus yaşayış binasına düşüb. Həlak olan və yaralanan şəxslərin Banqladeş və Hindistan vətəndaşları olduğu qeyd olunur.
Mənbə
oxu.az