İdman
Novak Cokoviçdən rekord nailiyyət
Novak Cokoviç mövsümün ilk "Masters" turnirinə qələbə ilə başlayıb. Oxu.Az bu barədə sports.ru-ya istinadən xəbər verir. O, İndian-Uelsdə keçirilən ikinci dövrə oyununda dünyanın 57-ci raketka ustası Kamil Mayxrjakı 4:6, 6:1, 6:2 hesabı ilə məğlub edib. Bildirilir ki, bu, serbiyalı tennisçinin "Masters" kateqoriyadan olan turnirlərdə azı bir matç qazandığı rekord saylı 22-ci mövsümdür. Onun bu seriyası 2005-ci ildə başlayıb.
Mənbə
oxu.az