Siyasət
Makron İranın dron hücumu ilə əlaqədar Fransanın Azərbaycanla həmrəyliyini ifadə edib
"Bölgə rəhbərləri ilə apardığım məsləhətləşmələr çərçivəsində Prezident İlham Əliyevlə söhbət etdim və ölkəsinə yönəlmiş İran zərbələrindən sonra ona dəstəyimizi və həmrəyliyimizi ifadə etdim". Oxu.Az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkə hesabındakı paylaşımında yazıb. "Həmçinin, vətəndaşlarımızın təxliyəsini asanlaşdırmaq üçün Azərbaycanın göstərdiyi yardıma görə ona təşəkkür etdim. Bu fürsətdən istifadə edərək, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə dəstəyimizi və Bakı ilə ikitərəfli dialoqumuzu daha möhkəm əsaslar üzərində davam etdirmək istəyimizi bir daha vurğuladım", - paylaşımda qeyd edilib.
Mənbə
oxu.az