Siyasət

Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Ceyhun Bayramova zəng vurub

08 Mar 2026, 17:30 1 baxış
Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Ceyhun Bayramova zəng vurub
8 mart tarixində Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı tərəflər regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov həmkarına İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları və yaranmış təhlükəsizlik vəziyyəti barədə ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov bu hücumların ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım olduğunu vurğulayıb. Nazir Tom Berendsen vəziyyətlə bağlı narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib. O, regional sabitliyin təmin edilməsinin əhəmiyyətini qeyd edib. Niderland naziri bununla yanaşı Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər