İdman
"Mercedes" Avstraliyada zirvədə: Komanda mövsümə "dubl"la başladı
"Mercedes" komandası "Formula-1"in 2026-cı il mövsümünə Avstraliya Qran-prisində maksimum nəticə ilə başlayıb. Corc Rassell yarışın qalibi olub, Andrea Kimi Antonelli isə ikinci yeri tutub. Oxu.Az sports.ru-ya istinadən xəbər verir ki, Almaniya komandası bununla tarixində 61-ci "dubl"unu əldə edib. Bu, həm də 2024-cü ildə keçirilən Las-Veqas Qran-prisindən sonra "Mercedes" üçün ilk belə nəticədir. Həmin yarışda Corc Rassell birinci, Lyuis Hemilton isə ikinci olmuşdu. Qeyd edək ki, Hemilton 2025-ci ildə "Ferrari" komandasına keçib. "Mercedes" komandası 1955-ci ildən bəri ilk dəfədir ki, Lyuis Hemiltonun iştirakı olmadan yarışda ilk iki yeri tutmağı bacarıb. 1954-1955-ci illərdə komanda Xuan-Manuel Fanxio, Karl Klinq, Stirlinq Moss və Pyero Tariffinin çıxışları sayəsində beş "dubl" qazanmışdı. "Mercedes"in hesabında 2014-2024-cü illər ərzində Lyuis Hemiltonun iştirakı ilə əldə edilən 55 "dubl" da yer alır.
Mənbə
oxu.az