Maraqlı
Əllərdə çiçəklər, üzdə gülüş - Bakı küçələrindən FOTOREPORTAJ
Martın 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bu gün qadınların hüquqları uğrunda apardıqları mübarizənin və əldə etdikləri nailiyyətlərin simvolu hesab edilir. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda tekstil fabrikində çalışan xanımların ağır əmək şəraitinə və 12 saatlıq iş rejiminə etiraz etməsi ilə başlayır. 1910-cu ildə alman sosialist Klara Setkin xanımların hüquqlarının müdafiəsi məqsədilə 8 mart tarixinin qadınlar günü kimi qeyd olunması təşəbbüsünü irəli sürüb və təklif geniş dəstək qazanıb. 1977-ci ildə isə BMT bu günü rəsmi şəkildə Beynəlxalq Qadınlar Günü kimi tanıyıb. Bu bayram Azərbaycanda da geniş şəkildə qeyd edilir. Paytaxt küçələrində bayram ab-havası aydın hiss olunur. Gül dükanlarının qarşısında canlanma müşahidə edilir, insanlar yaxınlarına və sevdikləri qadınlara hədiyyələr alaraq bu günü xüsusi qeyd etməyə çalışırlar. Bakı küçələrində 8 Mart Beynəlxalq Qadınlar Günündən fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az