Digər
İran əməliyyatı: ABŞ ilk həftədə 6 milyard dollar xərcləyib
ABŞ İranda hərbi əməliyyatın ilk həftəsində təxminən 6 milyard dollar xərcləyib.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon bu həftə Konqresə məhz bu məbləği açıqlayıb.
Nəşr qeyd edib ki, sözügedən vəsaitin 4 milyard dolları döyüş sursatlarına, əsasən, İran raketlərinin qarşısını alan sistemlər üçün xərclənib.
Məlumata görə, qanunvericilər ABŞ administrasiyasının Konqresdən hərbi əməliyyat üçün əlavə maliyyələşmə istəyəcəyini gözləyirlər.
Mənbə
axar.az