İdman

Nəriman Axundzadə ABŞ-a yola düşdü

08 Mar 2026, 13:13 1 baxış
Nəriman Axundzadə ABŞ-a yola düşdü

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə tranfer olunduğu "Kolambus Kryu" klubunun düşərgəsinə qatılmaq üçün ABŞ-a yollanıb.


Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov məlumat verib.


Forvard bu səhər yola düşüb. Futbolçu Amerika klubu ilə 1 ay əvvəl razılığa gəlsə də, o, iş icazəsinin yubanması səbəbindən komandanın düşərgəsinə qoşula bilmirdi.


N.Axundzadə Bakı vaxtı ilə sabah səhər saatlarında ABŞ-də olacaq.


Qeyd edək ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər