İdman

Ağ Evdə keçiriləcək UFC turnirinin döyüşləri elan edildi

08 Mar 2026, 10:12 1 baxış
Ağ Evdə keçiriləcək UFC turnirinin döyüşləri elan edildi
Yüngül çəki dərəcəsində Mütləq Döyüş Çempionatının (UFC) çempionu, ispaniyalı İliya Topuriya və amerikalı Castin Qetji arasındakı döyüş Ağ Evdə keçiriləcək UFC turnirinin əsas qarşılaşması olacaq. Oxu.Az xəbər verir ki, bu barədə UFC-nin mətbuat xidməti məlumat yayıb. Ağ Evdəki turnirdə həmçinin aşağıdakı döyüşlər keçiriləcək: Aleks Pereyra (Braziliya) - Siril Qan (Fransa), Şon O'Malli (ABŞ) - Ayman Zahabi (Kanada), Maurisio Ruffi (Braziliya) - Maykl Çendler (ABŞ), Bo Nikal (ABŞ) - Kayl Dokas (ABŞ) və Dieqo Lopes (Braziliya) - Stiv Qarsiya (ABŞ). Qeyd edək ki, turnir 14 iyun 2026-cı il tarixində baş tutacaq.
Ağ Evdə keçiriləcək UFC turnirinin döyüşləri elan edildi
Mənbə oxu.az

Oxşar Xəbərlər