İdman

Premyer Liqa: "Qarabağ" "Araz-Naxçıvan"ı, "Şamaxı" "İmişli"ni qəbul edəcək

08 Mar 2026, 10:00 1 baxış
Premyer Liqa: "Qarabağ" "Araz-Naxçıvan"ı, "Şamaxı" "İmişli"ni qəbul edəcək
Misli Premyer Liqasında XXIII turun daha iki oyunu bu gün keçiriləcək. Oxu.Az xəbər verir ki, əvvəlcə "İmişli" Şamaxıda şəhərin eyniadlı komandasının qonağı olacaq. Şamaxı şəhər stadionundakı matç saat 15:00-da başlayacaq. Günün digər qarşılaşmasında isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 19:15-də start götürəcək görüş Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq. "Qarabağ" 46 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir. "Şamaxı" 26 xalla səkkizinci, 21 xala malik "İmişli" isə doqquzuncudur. Misli Premyer Liqası XXIII tur 8 mart 15:00. "Şamaxı" - "İmişli" Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev VAR: Tural Qurbanov AVAR: Asiman Əzizli Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Elçin Mehtiyev Şamaxı şəhər stadionu 19:15. "Qarabağ" - "Araz-Naxçıvan" Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov VAR: Rauf Cabarov AVAR: Kamran Bayramov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Seymur Səlimli Tofiq Bəhramov adına Respublika Stadionu Qeyd edək ki, turun ilk matçında "Sumqayıt" və "Karvan-Yevlax" kollektivləri bərabərə qalıb - 1:1.
Mənbə oxu.az

Oxşar Xəbərlər