Maraqlı

Alimlər Yer kürəsinin yaşını qurğuşun vasitəsilə müəyyən ediblər

08 Mar 2026, 07:56 1 baxış
Alimlər Yer kürəsinin yaşını qurğuşun vasitəsilə müəyyən ediblər
Alimlər Yer kürəsinin yaşının əvvəllər düşünüləndən xeyli çox olduğunu uran və qurğuşun elementlərinin köməyi ilə müəyyən ediblər. Oxu.Az "IFLScience" portalına istinadən xəbər verir ki, radioaktiv uran zamanla qurğuşuna çevrilir və bu proses süxurların yaşını dəqiq hesablamağa imkan verir. Tədqiqatçılar, xüsusilə sirkon kristallarında uran və qurğuşun nisbətini analiz edərək süxurların formalaşma vaxtını müəyyənləşdiriblər. Bu üsul Yer kürəsinin yaşını daha dəqiq hesablamağa imkan verib. Nəticədə alimlər planetimizin yaşının təxminən 4.54 milyard il olduğunu müəyyən ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər