Maraqlı

Çində hotellərdə turistlər üçün tərəzilər quraşdırılır - SƏBƏB?

08 Mar 2026, 06:52 1 baxış
Çində hotellərdə turistlər üçün tərəzilər quraşdırılır - SƏBƏB?
Çində bəzi hotellərdə turistlər üçün otaqlarda və ya ümumi məkanlarda döşəmə tərəziləri quraşdırılmağa başlanıb. Oxu.Az "Rossiyskaya qazetaya" istinadən xəbər verir ki, təşəbbüsün məqsədi səyahət edən insanların səfər zamanı çəkilərini izləməsinə kömək etməkdir. Ölkənin səhiyyə naziri Ley Hayçao bildirib ki, turizm nazirliyinə bağlı bəzi hotellərdə artıq tərəzilər quraşdırılıb və bu, turistlərin çəkilərini dinamik şəkildə izləməsinə imkan yaradır. Bundan başqa, məşhur turizm məkanlarında sağlam həyat tərzini təşviq edən digər tədbirlər də həyata keçirilir. Məsələn, daha uzun piyada marşrutları hazırlanır, yeməkxanalarda isə yeməklərin kalori miqdarı göstərilir. Çinin Səhiyyə Nazirliyi həmçinin böyük turizm platformalarına hotellərin təsvirində tərəzinin olub-olmamasını qeyd etməyi tövsiyə edib ki, turistlər qalacaqları yeri seçərkən bunu nəzərə ala bilsinlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər