Siyasət
Tramp müharibədən sonra İranın xəritəsinin dəyişə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp İranın müharibədən sonra sərhədlərinin dəyişə biləcəyini istisna etməyib. Oxu.Az RBK-ya istinadən xəbər verir ki, D.Tramp bu barədə jurnalistlərə açıqlmasında deyib. Jurnalistlər ondan müharibədən sonra İranın xəritəsinin eyni qalıb-qalmayacağını soruşublar. ABŞ prezidenti isə cavabında "Bunu sizə deyə bilmərəm. Yəqin ki, yox" cavabını verib. Tramp əlavə edib ki, o, İranın yeni liderinin ölkəni müharibəyə sürükləməyəcək bir şəxs olmasını istəyir. Onun sözlərinə görə, ABŞ hər beş-on ildən bir regiona qayıdaraq eyni vəziyyətlə üzləşmək istəmir. ABŞ Prezidenti bildirib ki, İranla bağlı hərbi kampaniyanın sonunda ölkənin ali rəhbərliyindən təslimiyyəti elan etmək üçün heç kim qalmayacaq. "Bilirsiniz, düşünürəm ki, müəyyən anda ‘biz təslim oluruq" deyə biləcək heç kim qalmaya bilər", - deyə o qeyd edib. Tramp, həmçinin ABŞ hərbçilərinin İrana göndərilməsi ehtimalını da istisna etməyib. Onun sözlərinə görə, bu addım üçün "çox ciddi səbəb" tələb olunur.
Mənbə
oxu.az