Siyasət
İranın sarsıda bilməyəcəyi nüfuz: Dünyanın dörd bir tərəfindən Azərbaycana DƏSTƏK - FOTO
Martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına xain dron hücumu oldu. Texniki vasitələrlə təsbit edildi ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Naxçıvana doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Oxu.Az bildirir ki, bu hadisə həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə ciddi əks-səda doğurdu, rəsmi Tehranın əməli ən sərt şəkildə qınandı. Hadisədən dərhal sonra dövlət başçısı Təhlükəsizlik Şurasının iclasını keçirdi, Azərbaycan Ordusunun bir nömrəli səfərbərlik vəziyyətinə gətirilməsi ilə bağlı göstəriş verdi.
Hadisə baş verdikdən sonra dünya dövlətləri Azərbaycana ciddi dəstəyini ifadə etdi. Belə ki, hücumun ilk saatlarından dünya liderləri Prezident İlham Əliyevə zəng edərək ölkəmiz və xalqımızla həmrəy olduqlarını, İranın terror cəhdini qınadıqlarını ifadə etdilər. Təbii ki, bütün bunlar Azərbaycanın dünyada artan nüfuzunun, regiondakı rolunun və Prezident İlham Əliyevin xarici liderlər arasında şəxsi nüfuzunun təzahürüdür. Zənglərin coğrafiyasına nəzər saldıqda bu, bir daha sübut olunur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Latviya Prezidenti Edqars Rinkeviçs, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Serbiya Prezidenti Aleksandar Vuçiç, Albaniya Prezidenti Bayram Beqay, Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi, Efiopiyanın Baş naziri Abiy Əhməd Əli, Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan liderinə zəng edib dəstəklərini ifadə etdilər. Həmçinin Avropa Şurasının baş katibi Alen Berse, Çexiyanın Baş naziri Andrey Babiş, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç, Slovakiya Prezidenti Peter Pelleqrini İlham Əliyevə məktub göndərərək Azərbaycanın yanında olduqlarını bildirdilər. Dövlət başçımız da sosial şəbəkə hesablarından göstərilən həmrəyliyə görə həmkarlarına təşəkkürünü ifadə etdi. Bunların fonunda bir daha vurğulamaq yerinə düşər ki, az qala bütün qitələri əhatə edən dəstək mesajları Azərbaycanın regionda lider dövlət olması, Avropada, eləcə də dünyada əsas söz sahiblərindən birinə çevrilməsi, həmçinin ölkə başçısı İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Dünyanın bir nömrəli dövləti olan ABŞ-nin Dövlət Departamenti də İranın Azərbaycan ərazisinə hücumlarını qınayan yüksəksəviyyəli bəyanat verdi. Açıqlamada qeyd olunur ki, bu zərbələr Azərbaycanın suverenliyinin açıq şəkildə pozulması və İranın aqressiyasının əsassız eskalasiyasıdır. ABŞ tərəfi regiondakı tərəfdaşlarına qarşı hücumların qəbuledilməz olduğunu bildirib və Azərbaycanın yanında olduqlarını qeyd edib. ABŞ belə təhdidlərə qarşı tərəfdaşlarını qətiyyətlə dəstəkləyəcəyini vurğulayıb. 50-dən çox dövlət və təşkilat da bu qəbildən bəyanatlar verib, xarici işlər naziri Ceyhun Bayramova zəng edərək Azərbaycana edilən hücumun qəbul edilməz olduğunu vurğulayıblar. Edilən zənglərin və ifadə olunan dəstəyin coğrafiyası da bütün dünyanı əhatə edir.
ABŞ, Albaniya, Almaniya, Avstriya, Bəhreyn, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Çexiya, Ermənistan, Estoniya, Esvatini, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İordaniya, İspaniya, İsrail, İsveç, İtaliya, Qazaxıstan, Qətər, Qırğızıstan, Kolumbiya, Küveyt, Latviya, Litva, Macarıstan, Mərakeş, Misir, Moldova, Monteneqro, Niderland, Oman, Özbəkistan, Pakistan, Polşa, Portuqaliya, Ruanda, Səudiyyə Ərəbistanı, Serbiya, Slovakiya, Sloveniya, Sudan, Suriya, Türkiyə, Türkmənistan, Ukrayna, Yəmən, Yunanıstan, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, GUAM, Avropa İttifaqı, NATO da hücumu pisləyənlər sırasında yer aldılar. Göründüyü kimi, son onillikdə, xüsusilə də İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycan dünyada sayılıb-seçilən, hörmət edilən dövlətlərin siyahısında ilk sıralarda yer alıb. ABŞ Prezidenti Donald Tramp tərəfindən 15 yanvar 2026-cı ildə rəsmi olaraq yaradılan və təsisçi üzv kimi Sülh Şurasına dəvət edilən ölkəmiz dünyada sülhün, barışığın qurucusu kimi qəbul olunur. Lakin Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək.
Aqil Vəlili

Mənbə
oxu.az