Cəmiyyət

Hakimiyyətdəki Türkiyə əleyhinə qruplaşma zərərsizləşdirildi

07 Mar 2026, 23:59 2 baxış
Hakimiyyətdəki Türkiyə əleyhinə qruplaşma zərərsizləşdirildi

Azərbaycanda Türkiyə əleyhinə fəaliyyət göstərmiş qruplaşmaların olduğu bir faktdır. Lakin onların bu çirkin fəaliyyətinin qarşısının effektiv şəkildə alındığı da bir həqiqətdir.


Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Musa Quliyev APA-ya geniş müsahibəsində deyib.


“Antitürkiyə cəbhəsində təmsil olunan şəxslər - Ramiz Mehdiyev, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Əli Həsənov kimiləri artıq zərərsizləşdirilib, hətta bəziləri artıq həbsdədir. Digər tərəfdən, onların əlaqələrə dolayı yolla da olsa ziyan vurmaq, öz zərərli baxışlarını cəmiyyətə sirayət etdirmək imkanları belə sıfır səviyyəsinə endirilib”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər