Cəmiyyət
Almaniya və İspaniya diplomatları da təxliyə olundu
Almaniya və İspaniya diplomatik korpusunun əməkdaşları "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə olunub.
Axar.az Report-a istinadən xəbər verir ki, 13 Almaniya və 6 İspaniya diplomatı olmaqla, 3 Azərbaycan vətəndaşı və 1 Banqladeş vətəndaşının təxliyəsi həyata keçirilib.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Mənbə
axar.az
Oxşar Xəbərlər