İdman
Türkiyə Superliqası: "Qalatasaray" derbidə "Beşiktaş"dan üstün oldu
Futbol üzrə Türkiyə Superliqasının 25-ci turu derbi qarşılaşması ilə əlamətdar olub. Oxu.Az xəbər verir ki, İstanbulda "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qəbul edib. Matç 0:1 hesabı ilə qonaqların qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 39-cu dəqiqədə Osimhen vurub. Bu nəticədən sonra "Qalatasaray" 61 xalla liderliyini davam etdirir, "Beşiktaş" 46 xalla dördüncüdür.
Mənbə
oxu.az