Siyasət

Fidan Türkiyə və Azərbaycanla bağlı xəbərdarlıq etdi

07 Mar 2026, 23:07 1 baxış
Fidan Türkiyə və Azərbaycanla bağlı xəbərdarlıq etdi

İsrail bütün bölgədə qeyri-sabitlik yaratmaq strategiyası həyata keçirir. Biz isə dost və qardaş ölkələrimizlə birlikdə İsrailin bu mövqeyinə qarşı sülh siyasəti yürüdürük. Bu gün müharibəyə son qoymaq üçün bütün diplomatik səylərimizi davam etdiririk.


Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.


Hakan Fidan İrandan Türkiyə istiqamətində atılan ballistik raketlə bağlı Tehrana xəbərdarlıq edib:


“Bizim tövsiyəmiz budur ki, İran diqqətli olmalı, belə bir macəraya əl atmamalıdır. Üçüncü ölkələrə hücum strategiyası çox səhvdir. Bu gün müharibəni bitirmək üçün bütün diplomatik əlaqələri davam etdiririk. Digər tərəfdən TDT Türkiyə və qardaş Azərbaycan qarşısında baş verən hücumlar zamanı güclü dəstək və həmrəylik nümayiş etdirib".

Mənbə axar.az

Oxşar Xəbərlər