Siyasət

Hakan Fidan: "Azərbaycanla Ermənistan arasında sülh və sabitliyin təmin olunması müsbət qiymətləndirilir"

07 Mar 2026, 22:54 1 baxış
Hakan Fidan: "Azərbaycanla Ermənistan arasında sülh və sabitliyin təmin olunması müsbət qiymətləndirilir"
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasından sonra Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı açıqlama verib. Oxu.Az-ın xəbərinə görə, nazir bu görüşün regiondakı digər məsələlərin müzakirəsi üçün də imkan yaratdığını vurğulayıb. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında sülh və sabitliyin təmin olunması, eləcə də regional əməkdaşlıq istiqamətində atılan addımlar müsbət qiymətləndirilir. Fidan qeyd edib ki, bu addımlar Cənubi Qafqazda sülhün artıq real şəkildə özünü göstərməyə başladığını nümayiş etdirir. Onun sözlərinə görə, əldə olunan prosesin qorunması və regionda davamlı sülhün təmin edilməsi böyük əhəmiyyət daşıyır.
Mənbə oxu.az

Oxşar Xəbərlər