İdman

Küveytdən qayıda bilməyən Əliyar Ağayevdən xəbər var

07 Mar 2026, 21:57 1 baxış
Küveytdən qayıda bilməyən Əliyar Ağayevdən xəbər var

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev və FİFA VAR referisi Nicat İsmayıllı Yaxın Şərqdə baş verən hərbi gərginlik səbəbindən bir müddət Küveytdən Azərbaycana qayıda bilmirdilər.


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) Axar.az-a bildirilib ki, bu gün referilərimiz təhlükəsiz şəkildə vətənə qayıdıblar.


AFFA yaranmış vəziyyət zamanı göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycanın Küveytdəki səfirliyinə təşəkkürünü bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər