İdman
İkiqat olimpiya çempionu Lyu dünya çempionatından çəkildi
Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Alisa Lyu 2026-cı il dünya çempionatında iştirak etməyəcək. Oxu.Az-ın Gazeta.ru nəşrinə istinadən xəbərinə görə, bu, Beynəlxalq Konkisürmə İttifaqının saytındakı ərizə formasından aydın olur. Məlumata görə, Lyunun yerinə turnirə Sara Everhardt qatılacaq. Qeyd edək ki, dünya çempionatı 24-29 mart tarixlərində Praqada keçiriləcək. Lyu hazırkı dünya çempionudur. Lyu ABŞ komandası ilə birlikdə komanda turnirində olimpiya çempionu olub, eləcə də fərdi turnirdə qalib gəlib.
Mənbə
oxu.az