İdman

Rusiyada marafon zamanı peyda olan it yarışçılara çətin anlar yaşatdı - VİDEO

07 Mar 2026, 17:36 1 baxış
Rusiyada marafon zamanı peyda olan it yarışçılara çətin anlar yaşatdı - VİDEO
İki rusiyalı xizəkçi qadınlar Arina Kusurqaşeva və Alina Kudisova Yujno-Saxalinskdə keçirilən 2026-cı il Rusiya çempionatında 50 km-lik məsafəyə start zamanı yola qaçan it səbəbindən yıxılıblar. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Championat.com" nəşri məlumat verib. Məlumata görə, trasın bir hissəsində bir qrup xizəkçinin qarşısına qəfildən it qaçıb. İki idmançı qadın heyvanın üstünə büdrəyib: əvvəlcə Kudisova yıxılıb, daha sonra Kusurqaşeva müvazinətini itirib. A.Kusurqaşeva ayağa qalxıb və heç bir problem olmadan yarışı davam etdirib, Alina Kudisova isə zədələnib. Alina dərhal ayağa qalxa bilməyib və ağlayıb. Nəticədə xizəkçi qadın liderlər qrupunda olmasına baxmayaraq, zədəsi səbəbindən yarışda iştirakını dayandırmaq məcburiyyətində qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər