İdman
MPL: "Karvan-Yevlax" azarkeşləri önündə "Sumqayıt"ı qəbul edəcək
Bu gün Misli Premyer Liqasında XXIII tura start veriləcək. Oxu.Az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Autsayder "Karvan-Yevlax" azarkeşləri önündə "Sumqayıt"ı qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi hazırda 31 xalla altıncı, yeddi xala malik "Karvan-Yevlax" isə 12-cidir. Misli Premyer Liqası XXIII tur 7 mart 15:00 Karvan-Yevlax - Sumqayıt Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev. VAR: Fərid Hacıyev. AVAR: Zöhrab Abbasov. Yevlax şəhər stadionu.
Mənbə
oxu.az