İdman

PSJ evdə uduzdu: "Monako"dan sensasion qələbə - VİDEO

07 Mar 2026, 02:47 1 baxış
PSJ evdə uduzdu: "Monako"dan sensasion qələbə - VİDEO
Fransa Liqa 1-in 2025/2026 mövsümünün 25-ci turu çərçivəsində PSJ ilə Monako komandaları arasında keçirilən oyun başa çatıb. Qarşılaşma Paris şəhərində yerləşən "Park de Prens" stadionunda baş tutub. Matçın baş hakimi Rüddi Büke olub. Görüşdə 3:1 hesabı ilə qələbəni qonaq komanda - "Monako" qazanıb.
Fransa çempionatının 25 turundan sonra PSJ 57 xalla turnir cədvəlinə başçılıq edir. "Monako" isə 40 xalla altıncı pillədə qərarlaşıb. Növbəti turda Luis Enrikenin rəhbərlik etdiyi PSJ martın 15-də öz meydanında "Nant" komandası ilə qarşılaşacaq. "Monako" isə bir gün əvvəl "Brest" ilə oyuna çıxacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər