İdman
Ruslan Paşayev Qran-prinin qalibi oldu
Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Avstriyanın Linz şəhərində keçirilən Qran-prinin qalibi olub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Millinin üzvü turnirin finalında braziliyalı Ronald Limanı məğlub edib. Murad Muradlı (60 kq) ilə İslam Rəhimov (66 kq) yarışı medalsız başa vurublar. Azərbaycanı Qran-pridə 7 cüdoçu təmsil edir. Yarışa 59 ölkədən 479 idmançı qatılıb.
Mənbə
oxu.az