İdman

Bekhem Ağ Evə Trampla görüşə niyə getmədi?

07 Mar 2026, 00:18 1 baxış
Bekhem Ağ Evə Trampla görüşə niyə getmədi?

Ötən gecə “İnter Mayami” ilk MLS çempionluğunu qeyd etmək üçün Ağ Evə səfər edib.


Axar.az Publika.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp çempion komandanı rəsmi mərasimlə qəbul edib. Lakin klubun ən məşhur ortaq sahibi və uğurlarının əsas memarlarından biri olan Devid Bekhem tədbirdə iştirak etməyib.


Müxtəlif ehtimallar səslənsə də, 50 yaşlı ingilis futbol əfsanəsinin tədbirdə olmaması siyasi səbəblərlə bağlı deyil. CNN və Ağ Ev rəsmilərinin məlumatına görə, Bekhem ailə məsələləri səbəbindən Avropada qalıb. O, həyat yoldaşı Viktoriyanın növbəti moda nümayişində ona dəstək olmağı seçib.


Devid Bekhem klubun qlobal səviyyədə sürətlə tanınmasında əsas fiqurlardan biri sayılır. Onun ambisiyalı planları və təsiri nəticəsində Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba kimi ulduz futbolçular Florida klubuna transfer olunublar.

Mənbə axar.az

Oxşar Xəbərlər