İdman

Türkiyə Kubokunun formatı dəyişdirilir

06 Mar 2026, 17:44 1 baxış
Türkiyə Kubokunun formatı dəyişdirilir

Futbol üzrə Türkiyə Kubokunun oyun formatında dəyişiklik edilir.


Axar.az xəbər verir ki, bu qərar Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclasında qəbul olunub.


Turnir 2026/2027 mövsümündən etibarən pley-off sisteminə keçid edəcək.


Yeni formatda əvvəlcə beş təsnifat mərhələsi keçiriləcək. Bunun ardınca 1/8 final, 1/4 final, yarımfinal və final oyunları təşkil olunacaq.


Yalnız yarımfinal mərhələsi iki matçdan ibarət formatda reallaşdırılacaq.


Qeyd edək ki, Türkiyə Kubokunun cari mövsümündə təsnifat görüşlərinin ardından qrup mərhələsi başlayıb. Daha sonra komandalar 1/4 finala yüksəliblər.

Mənbə axar.az

Oxşar Xəbərlər