İdman

Nəriman üçün icazə alındı: ABŞ-yə gedir

06 Mar 2026, 15:40 1 baxış
Nəriman üçün icazə alındı: ABŞ-yə gedir
"Kolambus Kryu" klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə forvardın meneceri Tural Əsgərov məlumat verib. O bildirib ki, futbolçunun vizası alınandan sonra isə o, ABŞ-yə yollanacaq: "Bu gün vizanı almalı idik, amma qaldı. Növbəti həftənin əvvəli yəqin ki, vizasını alıb ABŞ-yə gedəcək. Təxminən martın 10-11-i o, "Kolambus Kryu"nun düşərgəsinə yollanacaq". Xatırladaq ki, "Kolambus Kryu" "Qarabağ"ın sabiq futbolçusuyla 3.5 illik müqavilə imzalayıb. Razılaşma fevralın 10-da baş tutsa da, işçi vizasının alınmasının yubanması Nərimanın ABŞ-yə getməyini təxirə salmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər