İdman

"Qarabağ"ın futbolçusu İngiltərə Premyer Liqası klublarının HƏDƏFİNDƏ

06 Mar 2026, 14:52 1 baxış
"Qarabağ"ın futbolçusu İngiltərə Premyer Liqası klublarının HƏDƏFİNDƏ
"Qarabağ"ın futbolçusu Emmanuel Addai Avropanın bir neçə tanınmış klublarının maraq dairəsinə düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "Football Insider" nəşri məlumat yayıb. İddia olunur ki, 24 yaşlı yarımmüdafiəçi ilə İngiltərənin "Everton" klubu yaxından maraqlanır. Məlumata görə, İngiltərə təmsilçisi hazırda istedadlı oyunçu ilə danışıqlar aparır. İngiltərənin "Kristal Pelas" və Şotlandiyanın "Qlazqo Reyncers" klublarının da "Qarabağ"ın sözügedən futbolçusuna maraq göstərdiyi iddia olunur. Qış transfer pəncərəsi dövründə qanalı oyunçunun Almaniyanın "Ayntraxt Frankfurt" klubunun təklifini qəbul etmədiyi də xəbərdə vurğulanır. İtaliyanın "Napoli" klubun da afrikalı futbolçunu yaxından izlədiyi bildirilir. Nəşr qeyd edir ki, əksər klublar yayda "Qarabağ"la müqaviləsi başa çatacaq Addaini azad agent statusu ilə pulsuz transfer etmək istəyirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər