Siyasət

Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"

06 Mar 2026, 13:18 1 baxış
Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"
"2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək". Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirilən mətbuat konfransında deyib. Nazir vurğulayıb ki, Azərbaycan və Moldova arasında yüksək səviyyədə siyasi dialoq, liderlər arasında səmimi münasibətlər mövcuddur: "Demək olar ki, hər il müxtəlif platformalar çərçivəsində görüşlər baş tutur. İkitərəfli səfərin isə xüsusi əhəmiyyəti var". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər