Siyasət

Naxçıvana dron hücumu: İran bunu vəd etdi - Bayramov

06 Mar 2026, 13:28 1 baxış
Naxçıvana dron hücumu: İran bunu vəd etdi - Bayramov

Dünən Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib, 4 nəfər xəsarət alıb.


Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.


Nazir bildirib ki, bu, qəbuledilməzdir:


“Azərbaycan dövlətinin mövqeyi dünən çatdırılıb, İranın səfiri XİN-ə çağırıldı, gözləntilərimiz ona bildirdik. Dünən Prezident İlham Əliyevin TŞ-da çıxışında olan mesajları hamı dinləyə bilib. İran tərəfi məsələnin araşdırılacağı vədini verib, bu araşdırmanın nəticələrini biz yaxın zamanda gözləyəcəyik".

Mənbə axar.az

Oxşar Xəbərlər