Siyasət
Molla rejimini gözləyən cavab: Naxçıvanı vurmaq İrana baha başa gələcək? - VİDEO
"İranın izahedici bir açıqlama verməsi vacibdir. Bu açıqlama təkcə Türkiyə və Azərbaycan cəmiyyətinə deyil, həm də İranda yaşayan türk xalqlarına - azərbaycanlılara, qaşqaylara, türkmənlərə və digər türk toplumlarına çatdırılmalıdır". Bu fikri Baku TV-nin "Aktual Gündəm" verilişində millət vəkili Hikmət Babaoğlu bildirib.
O, məsələnin yalnız bununla bitmədiyini vurğulayıb: "Müzəffər Ali Baş Komandanımız bildirdi ki, biz adekvat tədbirlər görmək səlahiyyətimizi və hüququmuzu özümüzdə saxlayırıq, həmçinin səfərbərlik məsələsinin müzakirə edilməsi ilə bağlı Müdafiə Nazirliyinə göstərişlər verilib, o cümlədən Sərhəd Qoşunlarına da. Son olaraq isə belə bir ifadə işlətdi ki, biz özümüzü müdafiə edəcəyik. Azərbaycan çağdaş müharibə taktika və strategiyalarının ən müasir üsullarını tətbiq edərək müharibə aparmağı bacarıb və qardaş Türkiyə də bu prosesdə Azərbaycanın arxasında olub. Buna görə də Azərbaycanın Ali Baş Komandanının fikirləri, sadəcə söz deyil, həm də Azərbaycan Ordusunun real imkanlarını, gücünü nəzərə alaraq söylənilib. İndiki mərhələdə Azərbaycan İrandan dərhal bir cavab gözləyir".

Mənbə
oxu.az