Siyasət
Litva XİN başçısı: "İran beynəlxalq hüququ kobud şəkildə pozur"
"Litva Azərbaycanın Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı edilən və dinc sakinləri təhlükə altına qoyan İran PUA hücumunu qətiyyətlə pisləyir". Oxu.Az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris "X" sosial şəbəkə hesabında paylaşım edib. "Rusiya kimi İran rejimi də dayana bilmir. Rusiya kimi İran da beynəlxalq hüququ kobud şəkildə pozur. Bu cür təcavüz sonrakı eskalasiya ilə nəticələnə bilər və dərhal dayandırılmalıdır. Litva Azərbaycanla həmrəyliyini ifadə edir", - litvalı nazir yazıb.
Mənbə
oxu.az