Siyasət

TDT baş katibi Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyini ifadə edib

06 Mar 2026, 00:48 1 baxış
TDT baş katibi Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyini ifadə edib
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi dron hücumunu ən kəskin şəkildə pisləyir. Oxu.Az xəbər verir ki, bu barədə TDT-nin yayımladığı bəyanatda deyilir. Qeyd olunub baş katib bu cür hərəkətlərin təkrarlanmasının qarşısının alınmasının vacibliyini vurğulayaraq, regional vəziyyətin daha da gərginləşməsinin və bölgədə gərginliyin genişlənməsi ehtimalının qarşısını almaq məqsədilə təmkinli olmağa çağırıb. Baş katib, həmçinin TDT Katibliyinin Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqı ilə tam həmrəylik içində olduğunu bir daha bəyan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər