Siyasət

Monteneqro XİN: "Azərbaycan xalqı ilə həmrəyik"

06 Mar 2026, 01:00 1 baxış
Monteneqro XİN: "Azərbaycan xalqı ilə həmrəyik"
Monteneqro İran tərəfindən Azərbaycanın Naxçıvan bölgəsinə hücumu qətiyyətlə pisləyir. Oxu.Az xəbər verir ki, bu barədə Monteneqro Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, bu cür hərəkətlər regional təhlükəsizliyə və sabitliyə ciddi təhdid yaradır. "Gərginliyi azaltmaq və dialoqa qayıtmaq üçün təcili ehtiyac olduğunu vurğulayırıq. Monteneqro Azərbaycan xalqı ilə həmrəydir və dərhal gərginliyin azaldılmasına çağırır", - deyə məlumatda vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər