Siyasət

Baş Qərargah rəisi Kərim Vəliyev Türkiyə və macarıstanlı həmkarları ilə İranın Naxçıvana dron hücumunu müzakirə edib

06 Mar 2026, 00:02 1 baxış
Baş Qərargah rəisi Kərim Vəliyev Türkiyə və macarıstanlı həmkarları ilə İranın Naxçıvana dron hücumunu müzakirə edib
Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevlə Türkiyə Silahlı Qüvvələrinin və Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisləri, ordu generalı Selçuk Bayraktaroğlu və general Qabor Böröndi arasında telefon danışıqları olub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, danışıqlar Türkiyə və macarıstanlı həmkarların təşəbbüsü ilə baş tutub. Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlıq, habelə regiondakı vəziyyət və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. İran İslam Respublikasının silahlı qüvvələrinin pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisindəki mülki infrastruktura edilən hücumlara toxunan baş qərargah rəisləri, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu xüsusilə qeyd ediblər. Bundan başqa, Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Faiyad bin Hamed Al Rovaili Azərbaycandakı hərbi attaşesi vasitəsilə ölkəsinin bu tip hücumlara qarşı olduğunu diqqətə çatdıraraq hər zaman zəruri dəstək verməyə hazır olduğunu bildirib. General-polkovnik Kərim Vəliyev tutduqları mövqeyə və göstərdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını ifadə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər