Siyasət

İordaniyadan Azərbaycanla bağlı - Bəyanat

05 Mar 2026, 23:03 1 baxış
İordaniyadan Azərbaycanla bağlı - Bəyanat

İordaniya Haşimilər Krallığı Türkiyə və Azərbaycanın İran tərəfindən hədəfə alınmasını ən sərt ifadələrlə pisləyib.


Axar.az xəbər verir ki, İordaniya Xarici İşlər Nazirliyi bu hücumların hər iki dövlətin suverenliyini kobud şəkildə pozduğunu, eyni zamanda regionun təhlükəsizliyi və sabitliyini təhdid etdiyini, eləcə də təhlükəli eskalasiyaya yol açdığını bildirib.


Nazirlik həmçinin İordaniyanın Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu vurğulayıb, onların suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının qorunması istiqamətində gördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.


Qeyd edək ki, İran bu gün 4 PUA ilə Naxçıvan aeroportuna hücum edib.

Mənbə axar.az

Oxşar Xəbərlər