Siyasət
Molla rejiminin "pasport məlumatları": NAKİŞİ, ŞƏRƏFSİZ, ALÇAQ - Şuşa Bəyannaməsi işə düşə bilər
Elşad Məmmədli yazır... Onillərdir deyilir, yazırıq və zaman-zaman sübut olunub: Molla rejiminin mahiyyəti terrordur, müasir dünyada ona yer yoxdur! Bu gün də məhz terrorçulara xas xainliklə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına - xüsusi strateji məkanlara dron zərbələri endirdilər. Bunu o dönəmdə etdilər ki, ABŞ və İsrail İranı bombalayır, ali lider Xamenei və xeyli rəhbər şəxslər öldürülüb. Faktiki fars rejimi can verir. Bütün dünya onun üzərinə gəlir, hamı əzir və tənqid edir. Yeganə Azərbaycandır ki, İrana bir mərd qonşu kimi səmimi başsağlığı verib, yazığı gələrək ağır durumunda mümkün köməklikləri göstərib. Qarşılığı isə ƏCLAFLIQ oldu. İran rəsmən hələ heç nəyi boynuna almır. Simasız rəsmilərindən biri belə nadan sözlər söyləyib ki, onlar qonşu ölkələrdə yalnız ABŞ-nin bazalarını vuracaqlarını bəyan ediblər. Axmaq adamlar, Naxçıvan aeroportu, yaxınlıqdakı məktəb ABŞ obyektidir? Ümumiyyətlə, Azərbaycanda ABŞ hərbi obyekti var? SEPAH isə murdar bir açıqlama yayıb, faktiki etiraf edir ki, molla rejimi başını itirib, onlar hara gəldi zərbə endirə bilərlər. Ancaq qarşılığında İran Azərbaycandan bəlkə də gözləmədiyi tərs şapalağı yedi. Prezident İlham Əliyev bu gün Təhlükəsizlik Şurasının iclasında hər zamankı kimi, yenə də olduqca sərrast mövqe sərgilədi və törətdiyi əməlinə münasibətdə Tehranı konkret və layiq olduğu adı ilə səsləndirdi.
Cənab Əliyev öncə dəfələrlə bəyan etdiyi məsələni xatırlatdı: "Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir". Prezident vurğuladı ki, İran vurulanda Azərbaycan başsağlığı verib, onun göstərişi ilə xarici işlər naziri iranlı həmkarı ilə danışıb: "Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib". Azərbaycanın mərd, cəsarətli davranışının, təxliyə prosesində fədakarlıqla iştirakımızın müqabilində Tehranın etdiyinə isə Azərbaycan lideri tarixə düşən, hər birimizin ürəyindən tikan çıxaran reaksiyanı verdi: "Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar". Prezident İlham Əliyev habelə, həm İrana özünü yığışdırması üçün sərt ultimatum verdi, həm də xalqımızı əmin etdi: "Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir... Diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar". Dövlətimizin rəhbərinin, Ali Baş Komandanın ölkəmizin milli və dövlət maraqlarına qarşı yönələn məsələlərdə barışmaz mövqeyini biz Rusiya Azərbaycan təyyarəsini vuran zaman da görmüşük. Habelə, Prezident illər öncədən açıq bəyan edib ki, hər hansı bir təhdid, təzyiq bizi qorxuda, güzəştə getməyə məcbur qoya bilməz. Buna dünya şahiddir. Elə isə indi can verən bir molla rejimi nəyə nail olmaq istəyir? Məqsədləri təbii ki, İrana qarşı əməliyyatları, habelə daxildəki prosesləri şaxələndirmək, diqqət yayındırmaqdır. Belə bir axmaq təxribat ssenarisi qurublar. Təbii, Azərbaycan olduqca ağıllı siyasət aparır və hansısa təxribata uyan deyil. Eyni zamanda İranın bundan sonra "bilməmişdik", "təsadüfən olub" kimi açıqlamaları (sayıqlamaları) da ancaq ironiya ilə qarşılanacaq. Azərbaycan Müdafiə Nazirliyi də bəyan edib ki, İranın pilotsuz uçuş aparatları ilə bugünkü hücumlarını təkzib etmək cəhdi heç bir halda məqbul sayıla bilməz. Təsbit olunub ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb. İran qarşısında qoyulan tələb budur: aşkar inkarçılığa son qoymaq, baş vermiş hadisəyə görə üzrxahlıq etmək, günahkarları cəzalandırmaq. Bəs İran özünü qanmazlığa vursa nə olacaq? Diplomatik və hüquqi dillə, yollarla Azərbaycan onu başa salacaq! Bu yöndə təcrübəmiz kifayət qədərdir. Belə narahatlıq da var ki, başını itirmiş molla rejimi təxribatları davam etdirsə nə olacaq? Əlbəttə ki, dövlətimizin başçısının elan etdiyi kimi, "Dəmir yumruq" yeyəcəklər. Tehran unutmasın, bizim arxamızda qardaş Türkiyə və daim işlək vəziyyətdə olan Şuşa Bəyannaməsi var!
Həmin sənədə görə, Azərbaycan ərazisinə xaricdən hər hansı aqressiya, müdaxilə olarsa, cavab Türkiyə ilə birlikdə veriləcək! Bu gün Türkiyə Xarici İşlər Nazirliyi də bəyan etdi ki, daim Azərbaycanın yanındayıq. Cənubi Azərbaycandakı - o taydakı soydaşlarımız da artıq konkret mövqe ortaya qoymalıdır. Molla rejiminin ən qısa zamanda rədd olması üçün bacardıqları, mümkün bütün addımları atmalıdırlar. Region üçün bəla olan erməni separatizminə son qoyulduğu kimi, qlobal bəla olan molla rejiminin də tam məhvi uzaqda deyil.

Mənbə
oxu.az