Cəmiyyət

Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı

05 Mar 2026, 22:13 2 baxış
Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı

İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu zamanı xəsarət alan şəxslərdən üçü evə buraxılıb.


Axar.az Report-a istinadən xəbər verir ki, yaralılardan üçünün vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə göndərilib.


Xəsarət alanlardan birinin – Əsəd Cəfərovun müalicəsi isə xəstəxanada davam etdirilir. Onun həkim nəzarətində olduğu bildirilir.


Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər